03
Noyabr

3 Noyabr

İnformasiya müharibəsi

Ermənistan Müdafiə Nazirliyinin növbəti "taktiki geri çəkilmə" yalanı

Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın məğlub duruma düşməsi İrəvanın daha çox yalan məlumatları dövriyyəyə buraxmasına səbəb olur. İşğalda saxladığı əraziləri əlindən çıxaran Ermənistan rəhbərliyi döyüşlərlə bağlı anormal məlumatlar yaymağa başlayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, ordu gecə boyu cəbhənin müxtəlif istiqamətlərində, xüsusən də Xocavənddə geri çəkilib:

“Bütün gecə cəbhənin şərq, cənub-şərq və cənub istiqamətlərində döyüşlər davam edib. Cəbhənin şərq istiqamətində (Ağdam-Xocavənd) bölmələrimiz bir neçə mövqedən taktiki geri çəkilərək müdafiə olunmaq üçün daha əlverişli mövqelər qurub”. 

Əslində bununla Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və operativ-taktiki vəziyyətə tam hakim olduğunu etiraf edən Ermənistan tərəfi "taktiki geri çəkilmə" nağılları ilə növbəti dəfə erməni cəmiyyətinin başının altına yastıq qoymuş olur.  

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.