• Prezident
01
Dekabr

Xalqa müraciətlər

Prezident İlham Əliyevin xalqa müraciəti

-Əziz həmvətənlər.

Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə...

01
Dekabr

Diplomatik təmaslar

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın əlamətdar zəfəri və işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin azad edilməsi münasibətilə Zati-alinizə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adından və şəxsən öz adımdan səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuram.

Baş Katiblik İƏT və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamə və qərarlara uyğun olaraq bütün rəsmi bəyanatlarında və fəaliyyətlərində Azərbaycan...

01
Dekabr

Media

Prezident İlham Əliyev: Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Qarabağda yeni dəhliz yaradılması ideyasını dəstəkləyiblər

Naxçıvan ilə Azərbaycanın qərb rayonları arasında ikinci təhlükəsizlik dəhlizi yaradılması ideyası Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəklənib.

RBK agentliyi yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev bunu xalqa müraciətində bildirib.

Prezident İlham Əliyev həmin müraciətində noyabrın əvvəlində Ermənistan, Azərbaycan və Rusiya tərəfindən imzalanmış Dağlıq Qarabağda vəziyyətin nizamlanması haqqında Bəyanatın müvafiq...

01
Dekabr

Sənədlər

Azərbaycan Prezidenti "Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında Sərəncam" imzalayıb

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında Sərəncam" imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər:

- üç və ya...