01
Dekabr

Diplomatik təmaslar

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın əlamətdar zəfəri və işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin azad edilməsi münasibətilə Zati-alinizə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adından və şəxsən öz adımdan səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuram.

Baş Katiblik İƏT və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamə və qərarlara uyğun olaraq bütün rəsmi bəyanatlarında və fəaliyyətlərində Azərbaycan Respublikasını və onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqeyini davamlı olaraq dəstəkləyib.

Bu xoş fürsətdən istifadə edərək İslam Əməkdaşlıq Təşkilatı, onun əlaqədar qurumları və Azərbaycan Respublikası arasındakı sıx əməkdaşlığın Qarabağın əhalisinə və onların uzun müddətdir gözlədikləri ana yurda qayıdışlarına töhfə verəcəyinə əminliyimi bildirmək istəyirəm. Azərbaycan xalqına sülh, tərəqqi və rifah arzulayıram.

Cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Yusif bin Əhməd əl-Osaymin

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi"

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.