01
Dekabr

1 Dekabr

Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyev dekabrın 1-də "Tvitter" hesabında Laçın rayonunun işğaldan azad olunmasına dair paylaşım edib:
"Əziz həmvətənlər!Sizi Laçın rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm."
01
Dekabr

1 Dekabr

"Bu Qələbə bizim əyilməz ruhumuzu göstərdi.Göstərdi ki,biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik.Bu Qələbə ölkəmiz üçün yeni dövr açır - inkişaf,təhlükəsizlik,tərəqqi dövrü."
Bu sözləri Prezident İlham Əliyev dekabrın 1-də "Tvitter" hesabındakı paylaşımında qeyd edib.
01
Dekabr

1 Dekabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də "Tvitter" hesabında Azərbaycanın yeni strategiyasına dair paylaşım edib:
"Biz öz strategiyamızı elə qurmalıyıq ki,bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın.Bunun qarantı Azərbaycan Ordusudur."
01
Dekabr

1 Dekabr

Prezident İlham Əliyev dekabrın 1-də "Tvitter" hesabında növbəti paylaşımını edib:
"Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik.Beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq.Ümid edirəm ki,biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik,əməkdaşlıq formatını yaratdıq."
01
Dekabr

1 Dekabr

prezident İlham əliyev dekabrın 1-də "Tvitter" hesabında Azərbaycanın region ölkələri ilə əməkdaşlığa hazır olmasına dair paylaşım edib:
"Biz istəyirik ki,bölgədə uzunmüddətli sülh olsun.Buna nail olmaq üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin.Biz əməkdaşlığa hazırıq."
01
Dekabr

1 Dekabr

Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyev dekabrın 1-də "Tvitter" hesabında Azərbaycanla Ermənistanın noyabrın 10-da imzalamış olduğu Bəyanata dair paylaşım edib:
"Bir il əvvəl bizə deyirdilərsə ki, siz mövcud reallıqla barışın,bu gün mən deyirəm ki, hər kəs mövcud reallıqla barışsın.Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə,bizim sərt mövqeyimizi görəcək."
01
Dekabr

1 Dekabr

"Biz 5 min kvadratkilometrə yaxın ərazini müharibə yolu ilə azad etdik.Eyni zamanda, təxminən bir o qədər - 5 min kvadratkilometrə yaxın ərazini isə qaytarmağa düşməni məcbur etdik."
Bu sözləri Prezident İlham Əliyev dekabrın 1-də "Tvitter" hesabındakı paylaşımında vurğulayıb.
01
Dekabr

1 Dekabr

Prezident İlham Əliyev dekabrın 1-də "Tvitter" hesabında Naxçıvana nəqliyyat dəhlizi açılması barədə paylaşım edib:
"Naxçıvana nəqliyyat dəhlizi açmaqla,biz Naxçıvanı həm mühasirədən çıxarırıq,həm də yeni nəqliyyat damarı açırıq.Bununla bölgədə yeni əməkdaşlıq platforması yarana bilər."
01
Dekabr

1 Dekabr

"Artıq "Dağlıq Qarabağ münaqişəsi" termini yoxdur.Ancaq tarix haqqında danışanda bu termindən istifadə etmək olar."
Bu sözləri Prezident İlham Əliyev dekabrın 1-də "Tvitter" hesabında paylaşıb.
01
Dekabr

1 Dekabr

Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyev dekabrın 1-də "Tvitter" hesabında növbəti paylaşımını edib:
"Artıq müharibə arxada qaldı.Ölkəmiz üçün yeni quruculuq,azad edilmiş ərazilərin bərpası dövrü başlayır.Əminəm ki, Azərbaycan xalqı yenə də birlik,güclü iradə göstərəcək və dağıdılmış şəhər,kəndlərimizi bərpa edəcək."