30
Sentyabr

30 Sentyabr

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 30-da "Tvitter" hesabında paylaşım edib:
"Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Əminəm ki, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. "
30
Sentyabr

30 Sentyabr

"Mən fürsətdən istifadə edib, sizin və digər yaralı hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! "
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 30-da "Tvitter" hesabında paylaşıb.
30
Sentyabr

30 Sentyabr

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 30-da "Tvitter" hesabında növbəti paylaşımını edib:
"Erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. "