Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 29-da "Tvitter" hesabında paylaşım edib:
"Pakistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Biz əməkdaşlığımızın illəri boyunca Pakistanın dəstəyini hiss etmişik. Bu mühüm məqamda bizim yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, həqiqət anıdır. Biz kimin kim olduğunu görürük, kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacağıq. "