Prezident İlham Əliyev oktyabrın 3-də "Tvitter" hesabında "Böyük Qayıdış" haqqında paylaşım edib:
"Cocuq Mərcanlı ləyaqətimizin, iradəmizin,qayıdışımızın rəmzidir. Qayıdışımız indi başlayır. O ərazilərdən köçürülənlərin hamısı geri qayıdacaq. Biz şəhərləri, kəndləri yenidən quracağıq, onların əvvəlki adlarını qaytaracağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu, bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacağıq. "