Media
Prezident İlham Əliyevin oktyabrın 20-də Azərbaycan xalqına müraciəti Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə yayılıb.
Anadolu agentliyi, TRT Haber, TGRT, A Haber, Haber Global və digər telekanallar, eləcə də media portalları müraciəti canlı yayımla dünya ictimaiyyətinə çatdırıblar.
Prezident İlham Əliyevin çıxışındakı mühüm məqamlar, önəmli mesajlar ayrı-ayrı başlıqlarla yazılı şəkildə ekranlarda əksini tapıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.