Media
Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı bir sıra yaşayış məntəqələrini, o cümlədən Zəngilan rayonunun azad edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini işıqlandırıb.
Ukraynanın nüfuzlu “RBK-Ukrayna”, “Seqodnya”, “Korrespondent” portallarında dərc edilən məqalələrdə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fikirlərinə istinadla Zəngilan şəhəri daxil olmaqla rayonun 6 və Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad olunduğu qeyd edilib.
Məqalələrdə, həmçinin Ermənistanın 241 tankının məhv edildiyi, 39 tankın isə hərbi qənimət kimi götürüldüyü vurğulanır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.