Zəfərin yolu
Misirin diplomatik “Aldiplomasy” nəşri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özünün rəsmi “Twitter” səhifəsində Ordumuzun Füzuli və Xocavənd rayonlarının bir sıra kəndlərini azad etməsi barədə paylaşımı ilə bağlı ingilis dilində xəbər yerləşdirib.
Xəbərdə dövlətimizin başçısının aşağıdakı sözləri yazılıb: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.
“Azərbaycanın daha bir neçə yaşayış məskəni erməni işğalından azad olundu”. “Rəşadətli Azərbaycan Ordusu torpaqların işğaldan azad olunması əməliyyatlarını davam etdirir”.
Bu başlıqlı xəbərlərə Gürcüstanın bir sıra nüfuzlu informasiya agentliklərinin 14 oktyabr buraxılışlarında daha çox rast gəlinir.
Gürcüstanın nüfuzlu report.ge, nterpressnews.ge, pia.ge, aktual.ge, 24news.ge, putnik-georgia.ru və daha bir neçə informasiya portalı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın işğaldan...