Zəfərin yolu
Yaponiyanın “news.yahoo.co.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda döyüşlərin dayanması üçün Ermənistan ordusunun işğal edilmiş ərazilərdən tam çıxmalı olması ilə bağlı bəyanatını yayıb.
Yazıda Ermənistan ordusunun Azərbaycana qarşı təxribatlarından sonra sentyabrın 27-dən başlayan əks-hücumun hələ davam etdiyi bildirilir. Qeyd olunur ki, Azərbaycan rəhbərliyi bu qərarında qətiyyətlidir.
Azərbaycan Prezidentinin sözlərini sitat gətirən sayt yazıb: “Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir...
Tacikistanın “avesta.tj” portalı “Əliyev-Paşinyan qarşıdurması. Dünya bir daha kimin kim olduğunu gördü” sərlövhəli məqalə yayıb.
Rus dilində yayılan məqalədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında aparıcıların bu iki ölkənin silahlı qüvvələrinin təmas xəttində baş verən hadisələrlə bağlı suallarını cavablandırdıqları qeyd olunub.
Yazıda bildirilir ki, təcrübəli siyasətçi Azərbaycan Prezidenti İlham Əliyevin verilən suallara məntiqli, real faktlara söykənən...
Moldovanın nüfuzlu “Timpul” informasiya portalında “İlham Əliyev erməni xalqına müraciət etdi: “Erməni əsgəri Azərbaycan torpaqlarında nə edir?” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Azərbaycan Prezidentinin sözlərindən sitatlar gətirilir: “Mən erməni xalqına müraciət edirəm və söyləmək istəyirəm ki, onlar rəhbərliklərinin çirkli əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Erməni əsgəri Azərbaycan torpaqlarında nə edir? Biz öz...