01
Oktyabr

1 Oktyabr

Media

Tacikistanın “avesta.tj” portalı “Əliyev-Paşinyan qarşıdurması. Dünya bir daha kimin kim olduğunu gördü” sərlövhəli məqalə yayıb.

Rus dilində yayılan məqalədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında aparıcıların bu iki ölkənin silahlı qüvvələrinin təmas xəttində baş verən hadisələrlə bağlı suallarını cavablandırdıqları qeyd olunub.

Yazıda bildirilir ki, təcrübəli siyasətçi Azərbaycan Prezidenti İlham Əliyevin verilən suallara məntiqli, real faktlara söykənən cavablarına, siyasətdə səriştəsizliyi ilə tanınan, gətirdiyi “arqument”lərdə faktlara yox, daha çox emosiyalara əsaslanan Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm fikirlərinə bütün dünya şahidlik etdi.

“Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin cavablarından sonra əminliklə demək olar ki, İlham Əliyevin səviyyəsinə qalxmağın Nikol Paşinyan üçün əlçatmaz olduğunu da hamı gördü. Azərbaycan Prezidentinə xas təmkinlilik, diplomatiya, əminlik, səlis nitq qabiliyyəti təbii ki, Ermənistanın baş nazirində yoxdur. O, öz çıxışında bunu bir daha nümayiş etdirdi”, - deyə məqalədə vurğulanır.

Portalda Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsi ilə tam mətni ilə tanış olmaq mümkündür.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.