Zəfərin yolu
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür məktubu ünvanlayıb.
Məktubda deyilir:
"İlk növbədə, Sizə səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı verdiyiniz bəyanatda əks olunmuş obyektiv mövqeyə görə sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.
Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq ordumuzun cəbhə zonasında yerləşən mövqelərini və dinc insanların yaşadığı...
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Sədr,
Sizə səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı Bosniya və Herseqovinanın obyektiv mövqeyinə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.
Cari ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizin və hərbi birləşmələrimizin mövqelərinin ağır artilleriya qurğularından atəşə...