Zəfərin yolu
“Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Malik Ayyub Sumbal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident İlham Əliyev,
Azərbaycanın Dostları” Ermənistanın mülki insanları hədəfə alaraq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə qarşı həyata keçirdiyi raket hücumunu və bunun nəticəsində günahsız insanların həlak olmasını kəskin şəkildə pisləyir.
Bu hücum Ermənistan tərəfindən günahsız insanlara qarşı törədilmiş...
Moldovanın sabiq Baş naziri Kirill Qaburiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin davamlı atəşə tutulmasını, insanların, o cümlədən uşaqların həlak olmasını həyəcanla izləyirəm.
BMT Təhlükəsizlik Şurasının 30 il əvvəl qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, heç nə dəyişməyib. Azərbaycanın mülki əhalisinə və mülki hədəflərinə qarşı...