17
Oktyabr

17 Oktyabr

Diplomatik təmaslar

Moldovanın sabiq baş naziri erməni vəhşiliyini pislədi 

Moldovanın sabiq Baş naziri Kirill Qaburiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin davamlı atəşə tutulmasını, insanların, o cümlədən uşaqların həlak olmasını həyəcanla izləyirəm.

BMT Təhlükəsizlik Şurasının 30 il əvvəl qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, heç nə dəyişməyib. Azərbaycanın mülki əhalisinə və mülki hədəflərinə qarşı həyata keçirilən bu hücumlar beynəlxalq humanitar hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır.

Həmsədrlərimizin sərt bəyanatı ilə yanaşı, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri kimi öz təcrübələrimizdən istifadə edərək kömək göstərməyə hazırıq.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Dualarımız Sizinlədir.

Hörmətlə,

Kirill Qaburiç

2015-ci ildə Moldovanın Baş naziri

2008-2019-ci illərdə İnfrastruktur və İqtisadiyyat naziri

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü"

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.