08
Noyabr

8 Noyabr

İlham Əliyev generalı qələbə münasibətilə təbrik etdi

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib. 

Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib. Dövlətimizin başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək...

08
Noyabr

8 Noyabr

Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisədir.

Qəhrəman Azərbaycan övladları dağlardan, meşələrdən, dərələrdən keçərək Şuşanı işğalçılardan azad etdi. Şuşanın azad olunması üçün hücum əməliyyatında əsas baza xüsusi təyinatlı qüvvələr olmaqla digər qoşun növləri də iştirak edib.