Əsgərimiz
Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisədir.
Qəhrəman Azərbaycan övladları dağlardan, meşələrdən, dərələrdən keçərək Şuşanı işğalçılardan azad etdi. Şuşanın azad olunması üçün hücum əməliyyatında əsas baza xüsusi təyinatlı qüvvələr olmaqla digər qoşun növləri də iştirak edib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.