16
Oktyabr

16 Oktyabr

Əsgərimiz

Yolumuz Şuşayadır!

Azərbaycan əsgəri yeni tarix yazır. 

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün bərpa etmək əzmində və qüdrətində olduğunu bir daha nümayiş etdirdi. Düşənin illərdin qurduğu müdafiə səddini darmadağın edən Ordumuz artıq torpaqlarımızın bir hissəsini işğalçılardan təmizləyib və xalqımızın ədalətli mübarizəsini davam etdirir.

Döyüşlərdə yüksək fədakarlıq göstərən Ordumuzun hər bir üzvü ona verilən tapşırığı böyük həvəslə və qürurla icra edir, döyüş meydanında Azərbaycan əsgəri adını, üçrəngli bayrağımızı şərəflə, məğrurla daha da zirvələrə daşıyırlar.

Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.