Əsgərimiz
Azərbaycan əsgəri yeni tarix yazır
Azərbaycan əsgəri yeni tarix yazır. Şəkli təqdim olunan igidimiz əsgər Hünər Məmmədovdur.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, adı kimi özü də hünər və rəşadət örnəyi olan igid əsgərimiz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə düşmənin 7 tankını, 1 PDM-ni, silah-sursat dolu 1 avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.
Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.