17
Oktyabr

17 Oktyabr

Əsgərimiz

Azərbaycan əsgəri yeni tarix yazır

Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycan Ordusu bu günlərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazır. Torpaqlarımızı düşmən işğalından azad etmək üçün böyük fədakarlıq göstərən Azərbaycan əsgərinin rəşadəti və hünəri hər bir vətəndaşımızda sonsuz qürur hissi yaradıb. Azərbaycan əsgərinin yazdığı şanlı tarixlərdən biri də Hadrutun işğaldan azad olunmasıdır.

Müdafiə Nazirliyinin mətbuat xidməti Hadrut qəsəbəsinin və digər yaşayış məntəqələrimizin işğaldan azad olunmasında fədakarlıq nümayiş etdirən qəhrəman əsgərlərimizin bir neçəsinin fotolarını təqdim edir.

Qeyd edək ki, Hadrut qəsəbəsi 1992-ci il oktyabrın 2-dən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Hadrut qəsəbəsi, eyni zamanda, ətraf kəndlər işğaldan azad edildi və hazırda ordumuzun tam nəzarətindədir. Azərbaycan Ordusu bu uğurlu əməliyyatı ilə 28 illik həsrətə son qoydu.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.