05
Oktyabr

5 Oktyabr

Əsgərimiz

“Bayrağımızı Qarabağın mərkəzində dalğalandıracağıq”

“Könüllü olaraq hərbi xidmətə, doğma Ordumuzun sıralarına qatılıram. Şəxsi heyətin ruh yüksəkliyi çox böyükdür. Bunu mən bir keçmiş döyüşçü kimi hiss edirəm".

Bunu Azərbaycan ordusunun zabiti deyib.

Zabit qeyd edib ki, bizim Ordumuz çox güclüdür: "Mən buna inanıram və mənim bölüyüm də mənimlə bərabər tapşırıqları yerinə yetirmək üçün hazırdır”.

Ordumuzun əsgəri isə bildirib ki, 2016-cı ildə Azərbaycan Ordusunun güclü zəfəri olan Aprel döyüşlərinin şəxsən iştirakçısı olub: “Tam səmimi desəm, bu dəqiqə tətiyi basıb erməni ordusunu məhv etmək üçün əsgərlərimizin barmaqları qaşınır. Sadəcə komandirlərimizin əmrini gözləyirik ki, irəli gedək. İnşallah gedəcəyik və şərəfimiz olan Azərbaycan bayrağını Şuşada, Qarabağın mərkəzində dalğalandıracağıq”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.