Zəfərin yolu
Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edib. Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal məhv edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 8-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına bölmələrimiz tərəfindən...