
Zəfərin yolu
Oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək bütün cəbhə boyu gərgin döyüşlər davam edib.
Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb. Görülən tədbirlər nəticəsində düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itib, bölmələri arasında nizamsızlıq yaranıb, şəxsi heyətinin...
Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərindən hazırlanmış videoörüntülərdə düşmənin məhv edilmiş hərbi texnikalarının qaldığı da görünür.
Videoda 27 ildir həsrətində olduğumuz Cəbrayıla Azərbaycan əsgərinin üçrəngli bayrağımızı sancması barədə qürurverici anlar yer alır.
Müqəddəs bayrağı öpüb alnına qoyan hərbçilərimiz bütün torpaqlarımızın azad ediləcəyi barədə Ali Baş Komandana şərəf sözü veriblər:
“Cənab Ali Baş Komandan, biz söz veririk ki, bütün işğal olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq!”
Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir.
Ordumuz Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sor kəndini, Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndlərini, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərini və Tərtər rayonunun Çaylı kəndini işğaldan azad edib.
Döyüş əməliyyatları davam edir.