05
Oktyabr

5 Oktyabr

Cəbhə xəbərləri

Düşmənin daha 3 tankı məhv edilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin daha üç tankının məhv edilməsi ilə bağlı məlumat yayıb.

Bildirib ki,tanklar Ermənistan silahlı qüvvələrinin 63-cü tank taboruna aiddir.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.