Cəbhə xəbərləri
Düşmən ağır itkilər verməyə davam edir
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin ağır itkilər verməsini əks etdirən yeni görüntüləri paylaşıb.
Videoda düşmənin bir neçə tankının bölmələrimiz tərəfindən məhv edilərək sıradan çıxarılmasına dair görüntülər yer alıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.