24
Oktyabr

24 Oktyabr

Cəbhədə son vəziyyət: Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb və vacib yüksəkliklər azad edilib

Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun olaraq cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib.

Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən...

24
Oktyabr

24 Oktyabr

Ermənistan ordusunun zərbə PUA-sı zərərsizləşdirilib

Oktyabrın 23-də gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkarlanıb.

Ordumuzun bölmələri düşmənin zərbə PUA-sını xüsusi texniki vasitələrlə yerə endirib.

24
Oktyabr

24 Oktyabr

Gecə ərzində düşmənin məhv edilən döyüş texnikaları

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi gecə ərzində düşmənin məhv edilən döyüş texnikalarının videogörüntüləri paylaşıb.

24
Oktyabr

24 Oktyabr

Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

Hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

24
Oktyabr

24 Oktyabr

Düşmənin döyüş təyyarəsi məhv edilib

Oktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

24
Oktyabr

24 Oktyabr

Ermənistan ordusunun pilotsuz uçuş aparatı vurulub

Oktyabrın 24-də saat 15.25 radələrində Ağdərə istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Xatırladaq ki, gün ərzində cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi də Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vurulub.

24
Oktyabr

24 Oktyabr

Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirirlər

Azərbaycan Ordusunun artilleriya bölmələri düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməkdə davam edir.

Videoçarxda artilleriya bölmələrimizin düşmən mövqelərinə dəqiq və sarsıdıcı zərbələr vurmasını əks etdirən görüntülər yer alıb.

24
Oktyabr

24 Oktyabr

Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb

Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd göstərib.

Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

24
Oktyabr

24 Oktyabr

Azərbaycan HHQ-si düşmənin hərbi texnikasını və infrastrukturunu məhv edib

Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 sığınacağını və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməkdə davam edir.

24
Oktyabr

24 Oktyabr

Düşmənin döyüş texnikaları məhv edilib

Ermənistanın döyüş texnikaları məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin videogörüntüləri təqdim edirik.