24
Oktyabr

24 Oktyabr

Cəbhə xəbərləri

Ermənistan ordusunun zərbə PUA-sı zərərsizləşdirilib

Oktyabrın 23-də gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkarlanıb.

Ordumuzun bölmələri düşmənin zərbə PUA-sını xüsusi texniki vasitələrlə yerə endirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.