24
Oktyabr

24 Oktyabr

Cəbhə xəbərləri

Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirirlər

Azərbaycan Ordusunun artilleriya bölmələri düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməkdə davam edir.

Videoçarxda artilleriya bölmələrimizin düşmən mövqelərinə dəqiq və sarsıdıcı zərbələr vurmasını əks etdirən görüntülər yer alıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.