26
Oktyabr

26 Oktyabr

Cəbrayıl sakini: İşğaldan azad edilmiş yurd-yuvamızda yenidən xoşbəxt, firavan həyat sürəcəyik (Azərtac)

Sentyabrın 27-dən etibarən Ermənistanın növbəti təxribatlarına qarşı Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində digər ərazi və yüksəkliklərlə yanaşı, Cəbrayıl şəhəri və rayonun onlarla kəndi, Xudafərin körpüsü də düşmən işğalından azad edilib. Bu günlərdə cəbrayıllıların sevinci yerə-göyə sığmır.

Bu sözləri Masallı rayonunun Şərəfə kəndində məskunlaşan Cəbrayıl sakini Əli Hüseynov bildirib.

İyirmi yeddi ildir ki, həsrətində olduqları Cəbrayıl rayonunun...

26
Oktyabr

26 Oktyabr

Nina İvanovna: Biz ruslar Azərbaycan vətəndaşı kimi Böyük Qələbə xəbərini səbirsizliklə gözləyirik (Azərtac)

Ermənilər nəinki Dağlıq Qarabağda, Azərbaycanın hər bir guşəsində azərbaycanlılarla sakit, problemsiz həyat sürüblər. Belə bir şəraitdə Qarabağın, ətraf yeddi rayonun işğalı, bir milyon azərbaycanlının yurd-yuvalarından qovulması, çoxlu sayda uşaq, qadın və qocaların da olduğu insanların qətlə yetirilməsi, dəhşətli Xocalı qırğınını törətmək nə deməkdir? Onlar bu gün də dinc insanları qırırlar. Mən rus əsilliyəm, əcdadlarım...

26
Oktyabr

26 Oktyabr

Humanitar atəşkəsə əməl etməyən düşmən yaşayış məntəqələrimizi atəşə tutur (Azərtac)

Oktyabrın 26-da səhər saat 08.00-dan etibarən humanitar atəşkəs elan olunmasına baxmayaraq, düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

Səhər Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub.

Ağdamın Qaradağlı kəndinin sakini Hökumə İbadova müxbirimizlə söhbət zamanı bildirib ki, düşmən neçə gündür bu yaşayış məntəqəsini atəşə tutmaqda davam edir. “Həyətimizə neçə dəfə mərmi düşüb. Evimiz ziyan görüb. Buna...

26
Oktyabr

26 Oktyabr

Gürcü xalqının nümayəndəsi: Azərbaycan xalqını haqq işində hər zaman dəstəkləyirik (Azərtac)

Ermənistan silahlı birləşmələri tərəfindən başlanan təxribatların qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar hamımızı ürəkdən sevindirir. Cəbhədən gələn qələbə xəbərlərini böyük sevinclə izləyirik. Azərbaycanda yaşayan digər azsaylı xalqların nümayəndələri kimi, biz gürcülər də bu ölkənin vətəndaşı olaraq, Azərbaycan dövlətini, xalqını bu haqq işində hər zaman dəstəkləyir, Vətən torpaqlarımızın erməni işğalından azad olunacağı...

26
Oktyabr

26 Oktyabr

Ermənistan yeni humanitar atəşkəsi də kobud şəkildə pozdu (Azərtac)

Ermənistan silahlı qüvvələri oktyabrın 26-da saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

Düşmənin atdığı mərmilərdən beşi rayonun Qazyan kəndinə düşüb, vətəndaşlara məxsus evlərə ziyan dəyib. Kənd sakini Yasin Cəfərov bildirib ki, Ermənistan ordusu hər gün olduğu kimi, oktyabrın 26-da səhər saatlarında da kəndi artilleriya atəşinə tutub. “Düşmən gecə də, səhər...

26
Oktyabr

26 Oktyabr

Əliyevlər ailəsinin ən böyük arzusu tezliklə doğma Füzuliyə – işğaldan azad olunmuş Qərvəndə qayıtmaqdır (Azərtac)

Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistan ordusunun təxribatlarına Azərbaycan Ordusunun tutarlı cavabı – düşmənin xeyli sayda canlı qüvvəsinin məhvi, hərbi texnikasının darmadağın edilməsi və qənimət kimi götürülməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsinin işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Füzuli rayonu və 30-a yaxın kəndinin, o cümlədən kənd Horadizin...

26
Oktyabr

26 Oktyabr

Vüsal Qasımlı: “Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək” (Report)

“Prezident İlham Əliyevin rəhbərli ilə Azərbaycan Ordusunun müzəffər yürüşü davam edir və Qarabağ işğaldan azad edilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində post-konflikt dövründə Qarabağın iqtisadi inkişaf perspektivləri ciddi şəkildə analiz olunur”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) rəhbəri Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, Qarabağda dağ-mədən, metallurgiya, emal sənayesi, ərzaq istehsalı, elektrik enerjisi istehsalı, meşə sənayesi və kreativ...

26
Oktyabr

26 Oktyabr

Ermənilər Tərtərə top mərmiləri atdı, evlər dağıldı (Report)

Ermənistan silahlı qüvvələri yenə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

Səhər saatlarından başlayaraq düşmən rayonun Qazyan kəndinə top mərmiləri ataraq dinc sakinləri hədəfə alıb. Nəticədə kənd sakinləri - Yasin Cəfərov və Fənər Balakişiyevanın evlərinə mərmilər düşüb və külli miqdarda ziyan dəyib.

Məlumata görə, sentyabrın 27-dən oktyabrın 26-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Qazyan kəndi...

26
Oktyabr

26 Oktyabr

Qubadlı sakinlərinin sevinci sevincə qarışıb (Report)

Qubadlı şəhərinin və rayonun bir neçə kəndinin işğaldan azad edilməsi bu rayondan olan və Saatlıda müvəqqəti məskunlaşmış qubadlılıların böyük sevinci ilə qarşılanıb.

Onlar 27 il həsrətində olduqları doğma torpaqlarına qayıdacağı günü həsrətlə gözləyirlər.

Ailə başçısı Şəmsəddin Niftəliyev bildirib ki, o, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını aldıqdan və əks-hücum əməliyyatı başlayandan Qubadlının işğaldan azad olunacağını səbirsizilklə gözləyib. Vətən müharibəsinin ilk günərindən, necə...