26
Oktyabr

26 Oktyabr

Yerli media

Qubadlı sakinlərinin sevinci sevincə qarışıb (Report)

Qubadlı şəhərinin və rayonun bir neçə kəndinin işğaldan azad edilməsi bu rayondan olan və Saatlıda müvəqqəti məskunlaşmış qubadlılıların böyük sevinci ilə qarşılanıb.

Onlar 27 il həsrətində olduqları doğma torpaqlarına qayıdacağı günü həsrətlə gözləyirlər.

Ailə başçısı Şəmsəddin Niftəliyev bildirib ki, o, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını aldıqdan və əks-hücum əməliyyatı başlayandan Qubadlının işğaldan azad olunacağını səbirsizilklə gözləyib. Vətən müharibəsinin ilk günərindən, necə həyacan keçirirdisə, indi də həmin həyəcanı yaşayır. İndi bütün qubadlılılar kimi, onların da yeganə arzusu tezliklə işğaldan azad olunmuş ata-baba ocaqlarına qayıtmalarıdır.

“O qədər həsrət çəkirəm ki, ora gedib görmək istəyirəm. O Həkərinin suyundan...”, - deyə o qeyd edib.

Digər məcburi köçkün Bikə Niftəliyeva isə neçə illərdir Vətən həsrəti ilə yaşadıqlarını deyib.

İşğaldan azad edilən rayonun digər sakini Validə Əliyeva isə bildirib ki, doğulub boya-başa çatdığı Qubadlının tezliklə düşmən tapdağından azad olunacağını gözləyirmiş. O, hətta yaxınları ilə söhbətləşərkən də bu barədə fikirlərini söyləyirmiş. Artıq həmin gün gerçəkləşib. V.Əliyeva deyib ki, Qubadlının işğaldan azad olunması xəbəri eşidəndən sonra hazırlıqlara da başlayıb: “Torpağımız, suyumuz, bağımız, bağçamız, dağımız hamısı film lenti kimi keçir gözümüzün qabağından”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.