Yerli media
Sergey Taruta: Dinc sakinlərin müharibənin qurbanı olmasını görmək çox kədərlidir (Azərtac)
Mən Azərbaycanı çox sevirəm. Dağlıq Qarabağda baş verən hadisələrin gedişatından narahatıq. Elan olunan humanitar atəşkəsdən heç bir sutka keçməmiş Gəncə şəhərinin raketlə vurulması təəssüf doğurur. Dinc sakinlərin müharibənin qurbanı olmasını görmək çox kədərlidir.
Bu fikirləri Ukrayna Ali Radasının deputatı Sergey Taruta söyləyib.
Dinc sakinlərin Cenevrə Konvensiyasına əsasən müdafiə olunduğunu bildirən S.Taruta deyib: “Hər bir münaqişə beynəlxalq hüququn prinsipləri çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində fəallıq nümayiş etdirməlidirlər”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.