25
Oktyabr

25 Oktyabr

Çinin kütləvi informasiya vasitələri Ermənistanın təxribatları və Azərbaycan Ordusunun əks həmlə əməliyyatı barədə materialların təqdimatını davam etdirir.

Çin Mərkəzi Televiziyasının (CCTV) mövzuya dair reportajında Azərbaycanın Müdafiə Nazirliyinin düşmən hədəflərinin məhv edilməsinə dair görüntüləri yayımlanıb.

CCTV-nin ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsindəki məqalədə yenə Azərbaycanın Müdafiə Nazirliyinə istinadla Qubadlı və Laçın rayonunun Ermənistan ərazisindən atəşə tutulduğu qeyd olunub. Bildirilib ki, Ermənistanın...

25
Oktyabr

25 Oktyabr

Səudiyyə Ərəbistanı Krallığının ingilis dilində nəşr olunan “Arab News” və Bəhreyn Krallığının “The Daily Tribune” qəzetlərində Azərbaycanın Səudiyyə Ərəbistanında səfiri Şahin Abdullayevin “Ermənistanın Azərbaycana qarşı son təcavüz aktları qəbul edilməzdir və sona çatmalıdır” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də atəşkəsi kobud şəkildə pozması, cəbhə xətti boyunca Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutaraq bu il üçüncü dəfə Azərbaycana...

25
Oktyabr

25 Oktyabr

Gürcüstanın “report.ge” və “m.geotimes.com.ge” informasiya portallarında Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevin məqaləsi dərc olunub.

Rus, ingilis və gürcü dillərində dərc olunan məqalədə səfir Cənubi Qafqazda zorla və məqsədyönlü şəkildə məskunlaşdırılan ermənilərin pozuculuq fəaliyyəti, başqa dövlətlərin – Gürcüstan və Azərbaycanın torpaqlarını işğal etməsi cəhdlərini tarixi faktlarla ortaya qoyub. Hələ 1918-ci ildə erməni “strateqlərin” Gürcüstanı işğal etməsi, daşnak hökuməti üçün könüllü və maliyyə toplamaq məqsədilə başlatdığı kampaniya barədə məlumatlar oxucuların...

25
Oktyabr

25 Oktyabr

Norveçin "steigan.no" saytında Azərbaycanla Ermənistan arasında davam edən hərbi əməliyyatlara dair yazı dərc olunub.

Yazıda Azərbaycan Ordusunun uğurları, Azərbaycanla İran arasında dövlət sərhədinin tam nəzarətə götürülməsi barədə məlumatlar yer alıb.

Hərbi əməliyyatlar zamanı Azərbaycanın müasir silahlardan, həmçinin dronlardan istifadə etdiyi diqqətə çatdırılır.

25
Oktyabr

25 Oktyabr

Misirin geniş oxucu auditoriyasına malik olan “Egyptnewsonline” saytında “Azərbaycan Prezidenti cəbhədə yeni qələbələrin müjdəsini verib” sərlövhəli xəbər yayılıb.

Materialda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində oktyabrın 25-də Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdiyini bildirib.


25
Oktyabr

25 Oktyabr

Türkiyənin kütləvi informasiya vasitələri müzəffər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları barədə məlumatları geniş şəkildə yaymaqda davam edir.

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirməsi və dövlətimizin başçısının Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad...

25
Oktyabr

25 Oktyabr

Özbəkistanın “qalampir.uz” və “fikr.uz” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi ilə bağlı şərh materialı verib.

Müsahibədə Ermənistanın təxribatları, Azərbaycanın əks-hücumu, torpaqların bir hissəsinin azad olunması, Gəncə, Mingəçevir şəhərlərinin, digər rayon və kəndlərimizin raket atəşinə tutulması haqqında söhbət açılır.

“qalampir.uz” portalı yazır ki, jurnalistin Azərbaycanda olan müasir hərbi avadanlıqla bağlı sualına dövlət başçısı belə cavab verib: “Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq....

25
Oktyabr

25 Oktyabr

Malayziyanın “Sinar Harian” qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə dərc olunub.

“Dağlıq Qarabağ münaqişəsi 2.0” sərlövhəli məqalədə sentyabrın 27-dən etibarən münaqişənin yeni mərhələyə qədəm qoyması ilə Cənubi Qafqazda siyasi vəziyyətin gərginləşdiyi qeyd olunub. Münaqişənin tarixinə toxunan müəllif, Malaya Universitetinin professoru Roy Antoni Rogers keçmiş Sovet İttifaqının dağılması ərəfəsində yaranan xaosdan istifadə edən erməni separatçı qüvvələrinin Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağı və ətrafdakı...