Xarici media
Norveçin "steigan.no" saytında Azərbaycanla Ermənistan arasında davam edən hərbi əməliyyatlara dair yazı dərc olunub.
Yazıda Azərbaycan Ordusunun uğurları, Azərbaycanla İran arasında dövlət sərhədinin tam nəzarətə götürülməsi barədə məlumatlar yer alıb.
Hərbi əməliyyatlar zamanı Azərbaycanın müasir silahlardan, həmçinin dronlardan istifadə etdiyi diqqətə çatdırılır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.