20
Noyabr

20 Noyabr

“Le Monde” Ağdamın işğaldan azad olunmasından yazır

Ağdam - Azərbaycana geri qaytarılmalı olan 3 rayondan biri artıq bu ölkənin nəzarəti altındadır. Otuz ilə yaxın idi Ağdam Ermənistan silahlı qüvvələrinin nəzarətində idi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanata uyğun olaraq, noyabrın 20-də Azərbaycan Ordusunun bölmələri Ağdama daxil olub.

Bu fikirlər Fransanın “Le Monde” qəzetində dərc olunmuş məqalədə yer alıb.

Məqalədə altı həftəlik...

20
Noyabr

20 Noyabr

Argentinanın “Clarin” nəşri: Azərbaycan Ordusu Ağdama daxil olub

Argentinanın “Clarin” gündəlik qəzetinin saytında “Azərbaycan Ordusu Qarabağ üzrə razılaşma çərçivəsində Ağdama daxil olub” sərlövhəli material dərc olunub.

Argentina nəşri döyüş əməliyyatlarının dayandırılması barədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı razılaşmaya müvafiq olaraq, Azərbaycan Ordusunun bu gün Ağdam rayonuna daxil olmasını diqqətə çatdırır.

Qəzet bildirir ki, Ağdam 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsindən sonra erməni qüvvələrinin nəzarəti altında qalan...

20
Noyabr

20 Noyabr

“Arabnews” qəzeti: Azərbaycan Qarabağ müharibəsinin qalibidir

Nüfuzlu “Arabnews” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycan Qarabağ müharibəsinin qalibidir” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin böyük sərkərdəlik məharəti sayəsində Azərbaycan Ordusunun 44 günlük döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrini darmadağın etdiyi, tarixi Qələbə qazanaraq torpaqları işğaldan azad etdiyi qeyd olunur. Müəllif əlavə edir ki, döyüş meydanında məğlub olan düşmən yaşayış...

20
Noyabr

20 Noyabr

Ukrayna KİV-ləri Ağdam rayonunun işğaldan azad olunmasına dair xəbərlər yayıb

Ukraynanın aparıcı KİV-ləri Azərbaycanın Ağdam rayonunun işğaldan azad olunmasına dair xəbərləri geniş işıqlandırıb.

Ukrinform, “RBK-Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Gordon” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələrinin Ağdam rayonuna daxil olması barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan...

20
Noyabr

20 Noyabr

BERNAMA agentliyi Azərbaycan Ordusunun Ağdam rayonuna daxil olmasından yazıb

Azərbaycan Ordusu 27 illik işğaldan sonra Ağdam rayonuna daxil olub.

Bu barədə noyabrın 20-də Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi məlumat yayıb. Məlumatda Azərbaycanın Müdafiə Nazirliyinə istinadla Silahlı Qüvvələrimizin Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli sənədə əsasən Ağdama daxil olduğu bildirilir. Qeyd edilir ki, 1993-cü ildə xarici havadarlarının köməyi ilə rayon ərazisinin 77 faizini işğal edən...

20
Noyabr

20 Noyabr

Ərəb telekanalları Azərbaycan Ordusunun Ağdama daxil olması barədə reportajlar yayımlayır

Ərəb ölkələrinin nüfuzlu televiziya kanalları Azərbaycan Ordusunun bölmələrinin Ağdama daxil olması barədə geniş reportajlar yayımlayır.

Xəbərlər proqramlarında efirə gedən süjetlərdə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edilir.

“Əl-Cəzirə” telekanalının xüsusi müxbiri Ağdamdan hazırladığı reportajda noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin Ağdamı Azərbaycan Ordusuna təhvil verdiyini, şəhərdə çoxlu dağıntılar olduğunu qeyd edir. Vurğulanır ki, 30...

20
Noyabr

20 Noyabr

İspaniyanın dövlət telekanalında ermənilərin Kəlbəcərdə törətdiyi ekoloji cinayətlər barədə süjet yayımlanıb

İspaniyanın dövlət telekanalının (RTVE) “Xəbərlər” proqramında ermənilərin Azərbaycanın Kəlbəcər rayonunda vandalizm aktları, ekoloji cinayətlər törətməsi ilə bağlı süjet efirə gedib.

Süjetdə Kəlbəcərdə qanunsuz olaraq məskunlaşmış erməni əhalinin rayondan çıxarkən vandalizm aktları törətdikləri diqqətə çatdırılır. Yayımlanan videogörüntülərdə əhalinin özləri ilə apara bilmədiyi əşyaları, yaşayış evlərini, məktəbləri yandırması faktı öz təsdiqini tapır.

Həmçinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham...

20
Noyabr

20 Noyabr

“Əl-Cəzirə” kanalı ermənilərin Füzuli şəhərində törətdikləri vandalizmlə bağlı reportaj yayımlayıb

İşğaldan azad edilmiş Füzuli şəhərinə səfər edərək orada Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır fəsadları ilə tanış olan xarici jurnalistlər arasında “Əl-Cəzirə” kanalının müxbiri də olub.

Kanal ermənilərin Füzuli şəhərində törətdikləri vəhşiliklərlə bağlı reportaj yayımlayıb.

Reportajda qeyd edilir ki, Füzuli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və şəhər demək olar bütünlüklə xarabalığa çevrilib. On milərlə Füzuli sakini məcburi köçkünə...