20
Noyabr

Xarici media

Ukrayna KİV-ləri Ağdam rayonunun işğaldan azad olunmasına dair xəbərlər yayıb

Ukraynanın aparıcı KİV-ləri Azərbaycanın Ağdam rayonunun işğaldan azad olunmasına dair xəbərləri geniş işıqlandırıb.

Ukrinform, “RBK-Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Gordon” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələrinin Ağdam rayonuna daxil olması barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Yazılarda vurğulanır ki, 30 ilə yaxın müddətdə Ağdam rayonu Ermənistanın nəzarətində idi. Bildirilir ki, ermənilər Ağdamı tərk edərkən evləri, məktəbləri, xəstəxanaları yandırıblar.



Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.