20
Noyabr

Xarici media

Argentinanın “Clarin” nəşri: Azərbaycan Ordusu Ağdama daxil olub

Argentinanın “Clarin” gündəlik qəzetinin saytında “Azərbaycan Ordusu Qarabağ üzrə razılaşma çərçivəsində Ağdama daxil olub” sərlövhəli material dərc olunub.

Argentina nəşri döyüş əməliyyatlarının dayandırılması barədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı razılaşmaya müvafiq olaraq, Azərbaycan Ordusunun bu gün Ağdam rayonuna daxil olmasını diqqətə çatdırır.

Qəzet bildirir ki, Ağdam 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsindən sonra erməni qüvvələrinin nəzarəti altında qalan Dağlıq Qarabağla həmsərhəd rayonlardan biridir. Bu işğal nəticəsində Ağdamın 120 min sakini öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Argentina nəşri diqqətə çatdırır ki, bundan əvvəl Azərbaycanın hakimiyyət orqanları erməni qoşunlarının Kəlbəcər rayonundan çıxarılması tarixinin 10 gün uzadılmasına razılıq verib, indi həmin tarix noyabrın 25-nə müəyyən edilib.

Qəzetdə, həmçinin qeyd edilir ki, 44 günlük müharibə Ermənistan cəmiyyətində ciddi siyasi böhran əmələ gətirib. Artıq 10 gündür ki, hökumətə qarşı keçirilən etiraz aksiyalarında hökumətin istefası tələb edilir.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.