28
Oktyabr

28 Oktyabr

Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

Oktyabrın 28-də saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

28
Oktyabr

28 Oktyabr

Tərtər rayonunun ərazisi Ermənistan ordusu tərəfindən raket atəşinə məruz qalıb

Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi və mülki obyektləri raket atəşinə tutmaqda davam edir.

Oktyabrın 28-də saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.

Xəsarət alanlar yoxdur.

28
Oktyabr

28 Oktyabr

Bərdə şəhərində həlak olanların sayı 21-ə çatdı

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub.

Düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan...

28
Oktyabr

28 Oktyabr

Ermənistan ordusu Goranboy və Tərtər rayonlarını atəşə tutur

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Düşmən oktyabrın 28-də saat 14.40-dan etibarən Azərbaycanın Goranboy və Tərtər rayonlarının ərazisini atəşə tutur.

Həmçinin, saat 15:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Tərtər rayonunun ərazisini atəşə tutub.

28
Oktyabr

28 Oktyabr

Tərtər rayonunun ərazisi BM-21 “Qrad” YARS və toplardan atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun ərazisini BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemlərdən və toplardan atəşə tutub.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.