28
Oktyabr

28 Oktyabr

Törədilən cinayətlər

Ermənistan ordusu Goranboy və Tərtər rayonlarını atəşə tutur

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Düşmən oktyabrın 28-də saat 14.40-dan etibarən Azərbaycanın Goranboy və Tərtər rayonlarının ərazisini atəşə tutur.

Həmçinin, saat 15:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Tərtər rayonunun ərazisini atəşə tutub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.