06
Oktyabr

6 Oktyabr

İran XİN: Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq

Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşırıq.

Bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Səid Xətibzadə Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib. O bildirib ki, İran hərbi əməliyyatları diqqətlə izləyir və tərəflərlə əlaqə saxlayır.

06
Oktyabr

6 Oktyabr

Əfqanıstan Milli Şurasının Yuxarı və Aşağı palataları Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədikləri barədə bəyanatlar qəbul ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, hər iki palatanın bəyanatında Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi hücumları qətiyyətlə pislənilir, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanır.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası və Aşağı Palatası Ermənistanla Azərbaycan arasındakı hərbi toqquşmalar dövründə ermənilərin törətdikləri insanlıq əleyhinə...