28
Oktyabr

28 Oktyabr

Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul edib

Oktyabrın 28-də Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib. Qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib.

Xatırladaq ki, 2012-ci il fevral ayının 1-də Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ilin fevral ayının 2-də isə Pakistan Milli...

28
Oktyabr

28 Oktyabr

Türkiyə XİN Ermənistanın azərbaycanlı mülki əhalini hədəfə almasını kəskin şəkildə pisləyən açıqlama yayıb

Ermənistanın mülki əhalini qətlə yetirmək üçün apardığı xain siyasət Xocalı soyqırımının arxasındakı xəstə zehniyyətin təzahürüdür.

Bu fikir Türkiyənin Xarici İşlər Nazirliyinin ermənilərin Azərbaycanda dinc əhalini hədəfə almasına dair açıqlamasında yer alıb.

Açıqlamada deyilir: “Dünənki vəhşi hücumdan sonra Ermənistan Azərbaycanın münaqişə zonasından uzaqda olan Bərdə şəhərində mülki əhaliyə qarşı yenidən vəhşi və xain bir hücum həyata keçirdi. İlkin...

28
Oktyabr

28 Oktyabr

İranın Azərbaycandakı səfirliyi Bərdənin raket atəşinə tutulmasını sərt şəkildə pisləyib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ermənilərin Bərdə şəhərini raket atəşinə tutmasına və nəticədə mülki insanların həlak olmasına münasibətini açıqlayıb.

Səfirliyin açıqlamasında Azərbaycanın mülki obyektlərinin vurulması və insan tələfatını sərt şəkildə pisləyir və buna son qoyulmasını tələb edir.

İran səfirliyi hesab edir ki, mülki şəxslərə qarşı həyata keçirilən hərbi əməliyyat beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm də hərbi cinayətdir.

28
Oktyabr

28 Oktyabr

TBMM-in Sədri: Türkiyə haqlı mübarizəsində və torpaqlarının müdafiəsində Azərbaycanın yanında olmağa davam edəcək 

Türkiyə indiyədək olduğu kimi, bundan sonra da tarixi həqiqətlərə və beynəlxalq hüquqa əsasən haqlı mübarizəsində və torpaqlarının müdafiəsində Azərbaycanın yanında olmağa davam edəcək.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop bildirib.

“Biz bu coğrafiyada hər zaman davamlı sülhün tərəfdarı olmuşuq”, - deyən Sədr bildirib: “Biz ədalətə və hüquqa olan inamımızla Şərqi Aralıq dənizində yaranan gərginliyin...