Xarici ölkələr
İranın Azərbaycandakı səfirliyi Bərdənin raket atəşinə tutulmasını sərt şəkildə pisləyib
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ermənilərin Bərdə şəhərini raket atəşinə tutmasına və nəticədə mülki insanların həlak olmasına münasibətini açıqlayıb.
Səfirliyin açıqlamasında Azərbaycanın mülki obyektlərinin vurulması və insan tələfatını sərt şəkildə pisləyir və buna son qoyulmasını tələb edir.
İran səfirliyi hesab edir ki, mülki şəxslərə qarşı həyata keçirilən hərbi əməliyyat beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm də hərbi cinayətdir.
Səfirlik həlak olanların yaxınlarının dərdinə şərik çıxdığını və onlara dərin hüznlə başsağlığı verdiyini qeyd edib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.