19
Oktyabr

19 Oktyabr

TBMM-in sədri: İşğalçı Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır

İşğalçı Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır. ATƏT-in Minsk qrupunun 30 ildir apardığı danışıqlar nəticəsiz qaldı və bu qurum Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasına nail ola bilmədi. Bu gün Azərbaycan Ordusu bu işi görməkdədir.

Bu sözləri oktyabrın 19-da Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bakıda jurnalistlərlə keçirdiyi görüşdə bildirib.

Mustafa Şentop deyib ki, bütün Türkiyə xalqı Azərbaycan...

19
Oktyabr

19 Oktyabr

İran ilə Azərbaycan arasındakı əlaqələrin əsasını iki qonşu, dost xalqın və dövlətin maraqları təşkil edir

İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafının əsasını iki qonşu, dost xalqın və dövlətin maraqları təşkil edir.

Bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.

Yerli mətbuata açıqlamasında M.Vaezi bir daha bəyan edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sülh yolu, beynəlxalq qanunlara uyğun və dövlətlərin ərazi...

19
Oktyabr

19 Oktyabr

Türkiyənin Gəncədəki baş konsulu: Ermənilərin mülki vətəndaşları hədəfə alması bəşəriyyət əleyhinə cinayətdir 

Ermənistanı mülki vətəndaşların yaşayış məntəqələrinə endirdiyi raket zərbələrinə görə qınayıram. Bu, bəşəriyyət əleyhinə cinayətdir.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk deyib.

Bildirib ki, bu, beynəlxalq konvensiyalara görə qadağan olunmuş fəaliyyətdir. Bununla bağlı mütləq sanksiyalar tətbiq edilməlidir. Azərbaycan dövləti də lazımi dəlilləri və sübutları topladıqdan sonra beynəlxalq təşkilatlara müraciət edəcək.

“Biz Türkiyə olaraq qardaş Azərbaycanın haqlı...