18
Oktyabr

18 Oktyabr

Xarici ölkələr

Pakistanın Baş Naziri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana dəstəyini bildirib

Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda Azərbaycana dəstəyini ifadə edib.

Baş Nazir paylaşımda bildirib: “Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkələrinin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə ehtiramımızı bildiririk. Pakistan Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllində Azərbaycanı dəstəkləyir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.