17
Oktyabr

17 Oktyabr

İranın Azərbaycandakı səfirliyi Gəncə terrorunu pisləyib

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyir.

Səfirlik həlak olanların ailələrinə başsağlığı, yaralananlara şəfa diləyir və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayır. Bildirilir ki, bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır.

17
Oktyabr

17 Oktyabr

Rəcəb Tayyib Ərdoğan: Ermənistan ikinci atəşkəsi də pozaraq Azərbaycana hücumlar etdi 

Qarabağda yaşananlar bizə ayrı-seçkiliyin göz yaşlarından başqa bir nəticə gətirmədiyini göstərib. Biz elə buna görə azərbaycanlı qardaşlarımızın yanındayıq.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) Şırnak təşkilatının konfransındakı çıxışında səsləndirib.

Minsk qrupunun fəaliyyətsizliyini sərt şəkildə qınayan Rəcəb Tayyib Ərdoğan deyib ki, azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparırlar. Bu, onların...