30
Oktyabr

30 Oktyabr

Beynəlxalq təşkilatlar

Norveç Qızıl Xaç Cəmiyyəti Bərdədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün qətlə yetirilməsini pisləyir

Norveç Qızıl Xaç Cəmiyyəti Bərdə şəhərinə raket zərbələri endirilməsi zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün öldürülməsini pisləyir.

Norveç Qızıl Xaç Cəmiyyətinin saytında yerləşdirilən məlumatda dinc əhaliyə qarşı ağır silahların istifadəsi pislənilir. “Bu cür silahlar əhalinin sıx yaşadığı yerlərdə istifadə üçün nəzərdə tutulmayıb”, - deyə Norveç Qırmızı Xaç Cəmiyyətinin regional müşaviri Morten Tennessen-Krokan bildirib. O, mülki və hərbi hədəfləri ayırd etməyin zəruriliyini qeyd edir və mülki insanlara zərər verən hücumların müharibə qaydalarına zidd olduğunu vurğulayır.

Bəyanatda 28 oktyabr hücumu zamanı Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara könüllüsünün öldürülməsi də pislənilir. Azərbaycan Qızıl Aypara Cəmiyyətindən mərhum könüllünün Bərdədə dinc sakinlərə humanitar yardım göstərdiyi qeyd olunur. Vurğulanır ki, hər hansı silahlı qarşıdurmada Qırmızı Xaç və ya Qızıl Aypara üzvünə edilən hücum müharibə qaydalarının pozulması deməkdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.