12
Oktyabr

12 Oktyabr

Türk Şurasından Azərbaycana dəstək bəyanatı

Türk Şurası Azərbaycanın Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasını pisləyən bəyanat yayıb.

Bəyanatda Türk Şurasının Azərbaycan şəhərlərinin və mülki əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasını qətiyyətlə pislədiyi və bunun beynəlxalq hüquqa zidd olduğu bildirilir: “Bu cür hücumlar dayandırılmalı və işğalçı qüvvələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxmalıdır”.

12
Oktyabr

12 Oktyabr

Xarici diplomatlar Gəncədə erməni vəhşiliyini öz gözləri ilə görüblər

Xarici diplomatlar Ermənistan ordusunun mülki əhaliyə müharibə elan etdiyinə əmin oldular. Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər ediblər.

Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və başqaları müşayiət ediblər.

Səfərin...