11
October

11 Oktyabr

Beynəlxalq təşkilatlar

İtaliya-Azərbaycan Ticarət Palatası Ermənistanın hərbi təxribatlarını pisləyən bəyanat yayıb

İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM) sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı başlayan, mülki şəxslər və hərbçilər arasında itkiyə səbəb olan bütün hərbi hücumları kəskin şəkildə qınayır və hərbi əməliyyatlarda həlak olanların ailələrinə səmimi qəlbdən başsağlığı verir.

Bəyanatda deyilir: “ITAZERCOM beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının bütün erməni işğalçı qüvvələrini dərhal, tam və qeyd-şərtsiz olaraq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən, Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

İtaliya-Azərbaycan Ticarət Palatası müstəqil, qeyri-hökumət, ikitərəfli biznes qurumu olaraq beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin bu cür qanuni çərçivədə həllinə tərəfdar olmağa çağırır, davamlı surətdə Azərbaycan-İtalyan iş dünyası çərçivəsində daha da güclü şəkildə qarşılıqlı əməkdaşlığı və dostluğu təşviq etməyə davam edir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.