12
Oktyabr

12 Oktyabr

Beynəlxalq təşkilatlar

Türk Şurasından Azərbaycana dəstək bəyanatı

Türk Şurası Azərbaycanın Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasını pisləyən bəyanat yayıb.

Bəyanatda Türk Şurasının Azərbaycan şəhərlərinin və mülki əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasını qətiyyətlə pislədiyi və bunun beynəlxalq hüquqa zidd olduğu bildirilir: “Bu cür hücumlar dayandırılmalı və işğalçı qüvvələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxmalıdır”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.