Zəfərin yolu
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumata əsasən noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub. Bununla bağlı aşağıdakıları qeyd etmək lazımdır:
-helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirib.
-uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar...
Azərbaycan Respublikası Prezidenti BBC xəbər agentliyinə müsahibəsində növbəti dəfə Azərbaycanın beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin həyata keçirilməsinə əsaslanan mövqeyini açıqlayıb, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki ermənilərin Azərbaycanın vətəndaşları kimi qəbul olunduqlarını və müharibənin buradakı erməni əhalisinə deyil, qanunsuz xunta rejiminə qarşı aparıldığını bir daha vurğulayıb. Azərbaycan dövlət başçısının kifayət qədər aydın şəkildə ifadə etdiyi...