09
Noyabr

9 Noyabr

Xarici İşlər Nazirliyi

Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan Prezidentinin BBC agentliyinə müsahibəsinə dair açıqlamasına münasibət bildirib

Azərbaycan Respublikası Prezidenti BBC xəbər agentliyinə müsahibəsində növbəti dəfə Azərbaycanın beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin həyata keçirilməsinə əsaslanan mövqeyini açıqlayıb, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki ermənilərin Azərbaycanın vətəndaşları kimi qəbul olunduqlarını və müharibənin buradakı erməni əhalisinə deyil, qanunsuz xunta rejiminə qarşı aparıldığını bir daha vurğulayıb. Azərbaycan dövlət başçısının kifayət qədər aydın şəkildə ifadə etdiyi fikirlərinin təhrif olunması Ermənistan XİN-in beynəlxalq ictimaiyyəti yanıltmaq üçün növbəti uğursuz cəhdidir.

Azərbaycan ərazilərinin işğalı zamanı yerli azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması, dinc insanlara qarşı müharibə cinayətlərinin törədilməsi, eləcə də Ermənistanın yeni təcavüzü çərçivəsində cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrinin və mülki şəxslərin məqsədli şəkildə atəşə tutularaq insanlıq əleyhinə cinayət kimi tövsif ola biləcək aktların törədilməsinin məsuliyyəti bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir.

Ermənistanın yalan dolu şərhlərlə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və azərbaycanlı əhaliyə qarşı törədilən çoxsaylı müharibə cinayətlərinə görə məsuliyyətindən boyun qaçırmaq cəhdləri uğursuzluğa düçardır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.